Şəffaflıq
Her bir ianə edilmiş vəsaitin hesabatını verir
Təşkilatın formalaşması cəmiyyətimizdə misilsiz birlik duyğularının və xeyriyyəçilik səylərinin ortaya çıxdığı dövrdə baş tutur. Bir qrup vətənpərvər peşəkar tərəfindən qurulan “FOR AZERBAIJAN” təşkilatı əsasən xaricdə məskunlaşmış xeyirxah insanların enerji və resurslarını cəmləyərək Azəbaycanda ən həssas ehtiyacları olan insanlara təsirli, şəffaf, dayanıqlı və miqyaslanabilən dəstəyini təmin etməyə xidmət edir. Təşkilat fəaliyyətini Azərbaycanda xeyriyyəçilik mədəniyyətinin inkişafı və bu sahədə yüksək standardların tətbiqini ilham alaraq həyata keçirir.
For Azerbaijan ABŞ qanunvericiliyinə əsasən 501.c.3 xeyriyyə cəmiyyəti statusuna malikdir.
Her bir ianə edilmiş vəsaitin hesabatını verir
Maskimal nəticəni təmin edən səmərləli layihələri dəstəkləyir
Uzun müddətli maliyyə öhdəliyi götürmüş geniş donor qrupu əsasında fəaliyyət göstərir
Rəqəmsal texnologiyalardan istifadə etməklə böyüməyə hədəflidir
"FOR AZERBAIJAN" ideyası müxtəlif ölkələrdə yaşayan 50-a yaxın peşəkar və mütəxəssis tərəfindən ortaya qoyulmuşdur. Həmin insanlar ideyanın reallaşdırılması və təşkilatın ilkin illərdə fasiləsiz fəaliyyətini təmin etmək üçün lazımı maddi resursu təqdim etmişdir. Qurucu üzvlük ideyası hərəkatın inklyuziv və dayanıqlı olmasını və qayəsi Azərbaycanı dəstəkləmək olan peşəkarları bir platformada birləşdirməyin mümkünlüyünü göstərən konseptdir. Qurucu üzvlərin siyahısı
Təşkilatın fəaliyyətinə İdarə Heyəti nəzarət edir. İH-nin səlayihhətlərinə işə-götürmə və işdən-azadetmə, təqdim edilməsi qanunla təsbit edilmiş hesabatların təsdiqlənməsi, təşkilatın nizamnaməsinə dəyişiklər etmək daxildir. İH 9 üzvdən ibrarətdir və üzvlük hər 3 ildən bir yenilənir. İH üzvləri vəzifələrinin icrası qarşılığında əmək haqqı və ya digər heç bir maddi fayda ilə təmin edilmir. İH-nin qərarları səslərin ⅔ təmin etməklə keyfiyyətli çoxluqla qəbul edilir. İH-nin tərkibi
Menecment Baş icraçı direktor, Baş maliyyə direktoru və hüquqşunasdan ibarətdir. Menecment hazırda təmənnasız fəaliyyət göstərir və fəaliyyətinə İH tərəfindən nəzarət edilir. Təşkilatın fəaliyyət dairəsi və resursları müəyyən səviyyəyə çatdıqda menecmentin tam tərkibli və ödənişli əsaslarla fəaliyyət göstərməsi nəzərdən keçiriləcək. İH Bakı şəhərində yerli ofisin qurulması və həmin ofisin rəhbərinin seçilməsi işlərini yekunlaşdırmaq üzərədir. Menecment və əməkdaşlar
Təşkilat fəaliyyətini həyata keçirərkən ən yüksək şəffaflıq və hesabatlılıq standardlarına əməl edir. Nəticələri maksimallaşdırmaq və xərcləri minimallaşdırmaq üçün fəaliyyət rəqəmsal texnologiyalar əsasında aparılır. Tədbirlər planı proqnozlaşdırılan ianələr əsasında hazırlanır. Qurucu üzvlər tərəfindən edilməsi planlanan ianələr fəaliyyətin ilk üç ilinin fasiləsiz təmin edilməsini təmin edir. Bu maliyyə dəstəyi daha geniş kütlə tərəfindən ediləcək ianələrin və ianə toplama kampaniyalarında əldə olunmuş vəsaitlərin minimal xərclərlə son istifadəçiyə çatdırlmasına imkan yaradır. Layihələr şəffaf, təsirli və dayanıqlılıq prinsipini rəhbər tutmaqla ən çox ehtiyac duyulan sahələrdə icra ediləcəkdir.
Şəffaf fəaliyyətin təminatı üçün təşkilat işlərini nəğdsiz formada aparır. İanələr toplanması və son istifadəçiyə çatdırılması bank sistemləri və digər platformalarla tam izlənilə bilən elektelektron formada həyata keçirilir. Nəticələrin izlənməsi və hesabatlılığln təmin edilməsi üçün monitorinq və izləmə sistemlərinin tətbiqi hazırlanır.
Maksimal nəticə əldə edilməsi məqsədilə təşkilat fəaliyyəti üçün üç sütuna əsaslanan “ömür boyu” çərçivəsini mənimsəyir: Məlhəm ol, Əlindən tut, Gələcəyə qucaq aç. İlk öncə silahlı münaqişə, şiddət və təbii fəlakətdən yaxın keçmişdə zərər çəkmiş insanlara məlhəm olmaqla, növbəti mərhələdə onların və ifrət yoxsulluqdan əziyyət çəkən insanların gündəlik ehtiyaclarını qarşılamaq üçün əllərindən tutaraq nəhayət cəmiyyətimizin yeniyetmələrinin gələcəyinə qucaq açırıq.
Ali məqsədimiz ehtiyacı olan hərkəsə yardım edə bilməkdir. Bu səbəbdən gələcəkdə daha çox xeyriyyəçinin bizə qoşulacağını nəzərə almaqla layihlərimizi miqyaslana bilən əsaslarla hazırlayırıq.