Suallar

1.‘For Azerbaijan’ (FA) təşəbbüsü necə başladı?

2020-ci ildə bir çoxumuz şahid olduq ki, ölkəmizə kömək etmək və yardıma ehtiyacı olan insanları dəstəkləmək özü çətin işdir və kompleks prosedur tələb edir. Xarici ölkələrdə yaşayan soydaşlarımız və Azərbaycanın dostları bir çox hallarda xeyriyyə təşəbüslərini həyata keçirmək üçün şəxsi əlaqələrdən vəya dayanıqlı olmayan, qeyri-formal üsullardan istifad etməli olurdu. Bir qrup əsasən xaricdə yaşayan Azərbaycanlı bu çətinlikləri aradan qaldıran bir xeyriyyə təşkilatı yaratmaq qərarına gəldilər. Təşkilatın fəxri qurucu üzvləri dünyanın fərqli ölkələrində yaşayan və müxtəlif sahələrdə fəaliyyət göstərən peşəkarlardır.

2. Bu təşkilat digər təşəbbüslərdən necə fərqlənir?

Biz effektiv və yetərli infrastruktura malik xeyriyyə cəmiyyəti yaratmaqla ehtiyacı olanlara yardımların ən təsirli və maneəsiz formada çatıdırlmasını hədəfləyirik. Hədəfimiz nümunəvi bir xeyriyyə cəmiyyəti qurmaqla Azerbaycandakı vətəndaşlarımıza kömək etməkdir. Təşkilatımız ən yüksək şəffaflıq, hesabatlılıq və idarəetmə standartlarına uyğun fəaliyyət göstərəcəkdir. “For Azerbaijan” dünyanın müxtəlif ölkələrində yaşayan uğurlu Azərbaycanlıların səyi ilə qurulur, qayəmiz ölkəmizdə ehtiyacı olanlara yardım etmək və həmyerlilərimiz arasında xeyriyyəçilik mədəniyyətinin güclənməsinə dəstək verməkdir. Fəaliyyətimizin əsas prinsipləri haqda burdan öyrənə bilərsiniz. 

3. Sizə necə ianə edə bilərik?

Bizim ianə səhifəmizi ziyarət etməklə. 

4. “For Azerbaijan” təşəbbüsünə necə qoşula bilərəm?

İnternet səhifəmizdəki bu formu doldurmaqla bizə qoşula bilərsiniz: 

5. İanə etdiyim maliyyə vəsaitinin hara xərcləndiyini necə izləmək olar?

İanə etdiyiniz zaman siz dəstəkləmək istədiyiniz sahəni və ya proqramı seçə bilərsiniz. İnternet səhifəmizdə fəaliyyətimiz barədə müntəzəm hesabatlar dərc ediləcəkdir. Bütün donorlarımızı təşkilatın fəaliyyətində və idarə olunmasında aktiv iştirak etməyə dəvət edirik. Hazırda donorlarımız və yardıma ehtiyacı olan insanlar arasında birbaşa əlaqəni təmin edən platformanın yaradılması üzərində çalışırıq. 

6. Yardıma ehtiyacı olanları necə seçirsiniz?

Yardımların təsirli, effektiv və şəffaf olmasını təmin etmək üçün hər bir yardım proqramımız dəqiq müəyyən edilmiş seçim kriteriyalarına malik olacaqdır. Yerli ofisimiz və ya partyorlarımız yardim alan şəxsləri qeyd edilən kriteriyalar əsasında seçəcəklər. Bir sıra hallarda proqramlarımız mentorluq və ya birbaşa yardım xarakteri daşıyacaq ki, bu zaman donorlarımız yardım alanlarlara birbaşa əlaqə yarada biləcək. Hər bir proqramın seçim kriteriyaları hesabatlarda dərc olunacaq. 

7. “For Azerbaijan”ın Azərbaycanda tərəfdaşları varmı?

Proqramlarımızı həyata keçirmək üçün FA bir sıra dövlət təşkilatları və xeyriyyə cəmiyyətləri ilə əməkdaşlıq edəcəkdir. İlkin mərhələdə yardımların yerində effektiv çatdırılmasını təmin etmək üçün yüksək reputasiyaya malik seçilmiş tərəfdaşlarla əməkdaşlıq ediləcəkdir. Yerli ofisimiz tam fəaliyyətə başladıqdan sonra isə proqramlarımızın əksəriyyəti yerli ofisimiz tərəfindən həyata keçiriləcəkdir. 

8. “For Azerbaijan” təşkilatının İdarə Heyətinin üzvləri kimlərdir?

İdarə heyətinin hazırki tərkibi ilə burada tanış ola bilərsiniz.

9. “For Azerbaijan” üzvü olmağın faydası nədir?

FA üzvlük sistemi ilə fəaliyyət göstərən təşkilat deyil, lakin siz bizim hərəkata donor və ya könüllü kimi qoşula bilər, habelə idarəetmədə yer ala bilərsiniz. Aşağıdakı linklərdən istifadə etməklə bizim email siyahımıza daxil ola bilər, bizi sosyal medyada izləyə bilərsiniz.  

Yeniliklərdən xəbərdar olmaq üçün bu formu doldurun.

Bizi izləyin:

10. Şəffaflığı necə təmin edəcəksiniz?

FA donor və yardım alanların şəxsi məlumat hüquqlarına hörmətlə yanaşmaqla bərabər tam şəffaflığı təmin etməyə çalışacaq. İdarə heyəti əməliyyatlara nəzarət edəcək və mütəmadi hesabatlıq əsasənda şəffaflığı təmin edəcəkdir. Eyni zamanda, FA Amerika Birləşmiş Ştatlarında qurulmuş xeyriyyə təşkilatı kimi şəffaflıqla əlaqədar qanunvericilik tələblərinə əməl edəcək. 

11. FA kommersiya təşkilatıdırmı? 

Xeyr, FA qeyri kommersiya xeyriyyə təşkilatıdır və hal hazırda ABŞ qanunvericiliyinə əsasən 501.c.3 xeyriyyə  cəmiyyəti statusuna malikdir. 

12.İanələrin hansı hissəsi xeyriyyə fəaliyyətinə xərclənəcəkdir?

İctimaiyyətdən gələn bütün ianələr xeyriyyə fəaliyyətinə həsr olunacaq. Təşkilatın ilk illərində bütün əməliyyat xərcləri fəxri qurucu üzvlər tərəfindən ödəniləcəkdir 

13. İanələrin sizə çatması nə qədər zaman alır?

İnternet səhifəmizdən edilən ianələr dərhal bizim hesabımıza daxil olur. 

14.Kömək etdiyim insanlar haqqında məlumat almaq və ya onlarla tanış olmaq mümkündürmü?

Şəffaflığı təmin etmək üçün biz faəliyyətimiz barədə ətraflı hesabat təqdim edəcəyik. Bəzi proqramlarımız donorlar və yardım alan insanlar arasında ünsiyyətə imkan verəcək. Ümumiyyətlə, biz donor və yardım alanların şəxsi məlumatlarını onların tələbləri çərçivəsində qorumaqla yanaşı mümkün olan maksimum şəffaflığı təmin etməyə çalışacayıq.

15. İanəm, adım və ya digər məlumatlarım ictimaiyyətə açıqlanacaqmı?

İanə edərkən anonim qalmaq seçimini etmədiyiniz təqdirdə, sizin adınız, ianə məbləği və tarixinə dair məlumat layihə rəhbəri və təşkilatçılarla bölüşüləcəkdir. Daha ətraflı məlumat üçün Məxfilik və Məlumat Bələdçisi ilə tanış olun. 

16. Vergi bəyanatımı doldurmaq mərhələsindəyəm və FA-nın vergi nömrəsi və adresi tələb olunur.

Vergi nömrəsi sizin email adresinizə göndərilir. Əgər almamısınızsa bizimlə əlaqə saxlayın: [email protected]

17. İanəmin yaxın zamanda baş vermis xüsusi bir hadisə üçün xərclənmisini istəyirəm. İanəmin spesifik kriteriyaya uyğunluğunu necə təmin edə bilərəm? 

İanə etdiyniz zaman sizə ianənin istifadə ediləcəyi yardım kampaniyası seçimləri təqdim ediləcəkdir. Əgər arzu etdiyiniz təşəbbüsləri internet səhifəmizdə görə bilməsəniz və ya yeni yardım kampaniyası təşəbbüsü ilə çıxış etmək istəsəniz bizimlə əlaqə saxlayın. Bu formu doldurmaqla və ya  [email protected] email ünvanından bizimlə əlaqə saxlaya bilərsiniz.

18. FA beynəlxalq təbii fəlakətlər vəya bədbəxt hadisələr üçün yardım toplayırmı?

FA yalnız Azərbaycan Respublikası ərazisində baş vermis təbii fəlakətlər vəya bədbəxt hadisələr üçün ianələr toplayır.

19. Beynəlaxalq donorların ianələri vergidən azaddırmı?

Hazırda yalnız ABŞ ərazisindəki donorlarımızın ianıələri vergidən azaddır, lakin fəaliyyətimiz genişləndikcə və digər ölkələrdə nümayəndəliklərimiz açıldıqca başqa ölkələrdə da ianələrin vergidən azad olunması üçün çalışacayıq.

20. Qeyri monetar ianələr – geyim, avtomobil və ya digər əşyalar ianə kimi qəbul edilirmi?

Hal hazırda yalnız pul ianələr qəbul edilir.

21. Mən, müəyyən bir hadisədən zərər çəkmiş müəyyən bir ailəyə yardım göstərmək üçün ianə toplamaq istəyirəm. Topladığım yardımı vəsaitini FA vasitəsi ilə göndərə bilərəmmi?

Bəli, FA sizə Azərbaycanda ehtiyacı olan ailələrə yardım göstərmək üçün kömək etməyə hazırdır. Zəhmət olmasa bu anketi doldurun.

 

FA Haqqında


Necə kömək edə bilərəm?


Paylaş

Spread the word on social media and raise awareness.

Share on Facebook Share on Twitter Share on LinkedIn

Copy Share Link: