İdarə Heyəti

 

İdarə Heyəti iş həyatlarında seçkin uğurlara imza atmış gənc və parlaq peşəkarlardan formalaşacaqdır. İdarə Heyətinin üzvləri peşekar kadrlar arasından seçilmiş və təşkilatımız üçün mühüm məna daşıyan dürüstlük, qayğıkeşlik kimi dəyərlərə sahib fərdlər olacqdır. Onların peşəkar həyatlarındakı uğurları ilə birlikdə yaşadıqları cəmiyyət arasında insani keyfiyyətlərinə görə rəğbət qazanmış insanlar olması tələb olunur.

İdarə Heyətinin hazırki üzvləri aşağıdakılardır.

Samir Süleymanov

İdarı Heyətinin Sədri

Samir Süleymanov Beynəlxalq Valyuta Fondu Sədrinin Baş Müşaviri vəzifəsində çalışır. Bu təyinatdan öncə Samir Dünya Bankında uğurlu kariyera yolu keçmişdir. Orada çalışdığı 20 ildən artıq müddətdə müxtəlif rəhbər vəzifələr tutmuş və Banka bir sıra yenilikləri gətirərək özündən sonra dəyərli miras qoymuşdur. Onun qlobal maliyyə təşkilatlarında əldə etdiyi rəhbərlik təcrübəsi təşkilatın idarəedilməsində misilsiz rol oynayacaq. Samir əslən Beyləqan rayonundandır və hazırda Vaşinqton şəhərində yaşayır.

Kazım Kazımov

İdarə Heyətinin Üzvü

Kazım Kazımov dünyanın ən iri investisiya şirkətində uzunmüddətli yatırımlar üzrə Direktor vəzifəsində işləyir. Kariyerası ərzində qabaqcıl akademik və maliyyə təşkilatrında, ö cümlədən Georgetown Universiteti və Beynəlxalq Valyuta Fondunda müxtəlif təcrübələrə yiyələnmişdir. Onun maliyyə sahəsindəki parlaq və dərin tərcübəsi təşkilatımızın sağlam maliyyə bazasında fəaliyyət göstərməsini təmin edəcəkdir. Kazım Naxçıvan şəhərində böyümüş və hazırda Boston şəhərində yaşayır.

Tural Bədirxanlı

İdarə heyətinin üzvü

Tural Bədirxanlı SolidShape startap şirkətinin Qurucusu və Baş İcraçı Direktorudur. Bu çağırışa başlamazdan öncə Tural Google və Twitter kimi nəhəng texnologiya şirkətlərində müstəsna təcrübə toplamışdır. Onun daha öncəki startap təcrübəsi uğurlu olmuş və nəticədə həmin şirkət Twitter tərəfindən satın alınmışdır. İT sahəsindəki əvəzedilməz təcrübəsi ilə Tural təşkilatımızın fəaliyyətinin müasir texnoloji əsaslarla aparılmasında mühüm rol oynayacaqdır. Tural Quba şəhərində böyüyüb başa çatmış və hal hazırda San Fransisko şəhərində yaşayır.

Ülviyyə Zeynalova-Boçkin

İdarə heyətinin üzvü

Ülviyyə Dentons hüquq şirkətinin Bakı ofisində Ortaq və İdarəedici Məsul Şəxs vəzifəsində çalışır və eyni zamanda Bank və Maliyyə hüququ və Qiymətli Kağızlar Bazarı tənzimlənməsi üzrə yerli komandalara rəhbərlik edir. Bakıya, Azərbaycana qayıtmazdan əvvəl, Ülviyyə, ayrı-ayrı vaxtlarda ABŞ, Türkiyə və Sinqapurda yaşamış, oxumuş və işləmişdir. O, həmçinin, Vaşinqton şəhərində yerləşən ABŞ-in Qiymətli Kağızlar və Fond Birjaları üzrə Dövlət Komissiyasının Korporativ Maliyyə departamentində işləmiş, habelə Salans şirkətinin Nyu-York ofisində və Sinqapurdakı Dentons Rodyk şirkətində MDB ölkələrində fəaliyyət göstərən müştərilərə hüquqi məsləhət vermişdir. Ülviyyə, 2016-cı ildən etibarən ardıcıl olaraq The Legal 500, Chamber & Partners və IFRL1000 kimi beynəlxalq nəşrlər tərəfindən Azərbaycandan olan aparıcı hüquqşünas reytinqinə layıq görülmüşdür. O, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq hüquq firmaları arasında ilk qadın ortağıdır və IFLR1000 nəşrinin 2021-ci il üzrə Hüquqda Qadın Liderləri sırasına daxil edilmişdir. Ülviyyə əslən Bakıdandır və on ildən artıq müddət vətəndən kənar yaşadıqdan sonra hal hazırda Azərbaycanda, Bakıda yaşayır.

FA Haqqında


Necə kömək edə bilərəm?


Paylaş

Spread the word on social media and raise awareness.

Share on Facebook Share on Twitter Share on LinkedIn

Copy Share Link: