Amerikalı mütəxəsisslər Denise M.Sloan və Brian P.Marx-ın müəllifləri olduğu “Post Travmatik Stres Pozuntusu hallarında Yazılı Ekspozisiya Terapiyası” kitabı Psixologiya fənni tədris olunan ali məktəblərdə metodik vəsait kimi tövsiyə olunub. Bu barədə Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən(əsas:3-29-65-/2-168/2024. 03.04.2024) müvafiq rəy verilib.

Bununla əlaqədar olaraq nəşr müvafiq qaydada müxtəlif ali təhsil ocaqlarının kitabxanalarına təhvil verilib.

Belə ki, Bakı, Gəncə, Mingəçevir və Lənkəranda Psixologiya tədris olunan 12 universitetə, Axundov Milli Kitabxanası və onun nəzdində fəaliyyət göstərən Region Mərkəzi kitabxanaları, Bakı şəhərində olan rayon mərkəzi kitabxanalarına ümumilikdə 400-ə yaxın kitab paylanıb.

Xatırladaq ki, bu kitab “For Azerbaijan” Xeyriyyə təşkilatının dəstəyiilə Azərbaycanda Psixoloji Reabilitasiya İmkanlarının Artırılması (APRİA) layihəsi çərçivəsində tərcümə olunaraq nəşr etdirilib. APRİA layihəsi Paşa Sığortanın maliyyə dəstəyi ilə həyata keçirilir.