“For Azerbaijan” təşkilatı fəaliyyət istiqamətlərini genişləndirərək incəsənət və yaradıcılıq sahəsində yeni bir mərhələyə qədəm qoymuşdur. Bu istiqamətdə ilk təşəbbüs kimi təşkilat 9Senses Art Center ilə əməkdaşlıq çərçivəsində beynəlxalq səviyyədə tanınmış rəssam Raminə Səadətxanın iki solo sərgisini həyata keçirmişdir.

Bu əməkdaşlıq “For Azerbaijan”ın mədəni diplomatiya, yaradıcılığın təşviqi və cəmiyyətin mənəvi inkişafı sahəsində atdığı strateji addımlardan biri kimi dəyərləndirilir. Təşkilat incəsənətin insanları bir araya gətirən, ilhamlandıran və cəmiyyəti birləşdirən gücünə inanır və bu sahədə fəaliyyətini davam etdirməyi hədəfləyir. Eyni zamanda, təşəbbüslər yalnız müəyyən bir qrup üçün deyil, cəmiyyətin müxtəlif təbəqələri üçün inklüziv yaradıcılıq imkanları yaratmağa yönəlmişdir.

Xüsusi qürur hissi ilə qeyd edirik ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyeva da iştirak etmişdir. Onun iştirakı layihənin əhəmiyyətini daha da artırmış, yaradıcı təşəbbüslərin cəmiyyət üçün daşıdığı dəyəri bir daha ön plana çıxarmışdır.