APRIA layihəsi çərçivəsində aparılan tədqiqatlar beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş və dünyanın nüfuzlu iki elmi jurnalında dərc olunaraq öz elmi təsdiqini tapmışdır. İlk dəfə olaraq Azərbaycanın psixotravmatologiya sahəsində aparılan araşdırmalar bu səviyyədə beynəlxalq jurnallarda əks olunmuş və ölkəmizin bu sahədəki elmi potensialı qlobal müzakirələrə çıxmışdır. Bu nəşrlər PTSPnin müalicəsi və psixoloji müdaxilə təcrübələrinin dünya ictimaiyyətinə açılan mühüm bir pəncərəsi olmuşdur.
Birinci məqalə Avropa psixotravmatologiya sahəsində aparıcı elmi nəşrlərdən biri olan European Journal of Psychotraumatology (Cild 16, Buraxılış 1) jurnalında dərc edilmişdir.
İkinci məqalə isə ABŞ-da travmatologiya sahəsində ən yüksək reytinqli elmi jurnallardan biri olan Journal of Traumatic Stress tərəfindən qəbul olunaraq nəşr edilmişdir.





