“For Azerbaijan” Xeyriyyə təşkilatı ilə birlikdə ”Şəhla Qarayeva” Təqaüd proqramının iştirakçıları ilə görüş keçirilib.Bu proqramda “For Azerbaijan” Xeyriyyə Təşkilatının dəstəyi ilə mükafat alan tələbələrin təhsil haqlarının ödənilməsi mümkün olub. Tədbir zamanı Dentons Azərbaycan Kraudfandinq Kampaniyası da dəstək məqsədi ilə proqrama ianə edib. Tədbirin sonuda təqaüdçülərə sertifikatlar təqdim olunub.
“For Azerbaijan”Xeyriyyə təşkilatı qızların təhsil proqramına hər zaman xüsusi diqqət və qürur hissi ilə qatılır.






