Qəhrəman şəhidlərimizin övladlarının yay tətilini daha dəyərli və mənalı etmək üçün birgə səylərimizi gücləndirərək təşəbbüsümüzü reallığa çevirdik. Biz inanırıq ki, 14 günlük birgə səyahətimiz bizləri daha xoşbəxt, üfüqlərimizi daha da aydın edəcəkdir. Qaliblər Düşərgəsi 2021, övladlarımız üçün yay düşərgəsindən daha dəyərlidir.

Qaliblər Düşərgəsi 2021 – övladlarımız üçün yay düşərgəsindən daha dəyərli.

Kiminlə haraya?

Vətənimizin səfalı guşələrindən olan Şüvəlanda baş tutacaq “Qaliblər Düşərgəsi 2021” 78 qəhrəmann şəhidimizin əmanət qoyduğu 40 oğlan və 38 qız övladlarımızı əhatə edəcəkdir. Ölkəmizin 27 bölgəsindən olan və 14-15 yaşlı övladlarımız üçün iki həftəlik yay düşərgəsi ömür boyu xoş xatirələrlə yadda qalacaq təcrübə olacaqdır. Onların bir hissəsi paytaxt Bakını ilk dəfə görəcəklər.

Necə?

Yay düşərgəsinin təşkili bizlərə böyük zövq bəxş etsə də ciddi planlaşdırma və hazırlıq işləri tələb edir. Bu nəcib təşəbbüs 25 dövlət və özəl təşkilatların yaxın əməkdaşlığı sayəsində reallığa çevrilmişdir. Bizlərə əvəzsiz dəstək göstərmiş, bu layihədə 10 min saata yaxın vaxtını sərf etmiş Miqrasiya Könüllüləri də daxil olmaqla bütün tərəfdaşlarımıza səmimi təşəkkürümüzü bildiririk. 40-a yaxın muxtəlif təşkilatlardan könüllülər iki həftəlik zamanını qəhrəman şəhidlərimizin övladlarının vaxtının daha da xoş və yadda qalan olmasına sərf edəcəkdir.

İştirakçılarımız 7 qrupa bölünməklə düşərgədə keçirdikləri dövrü böyük həvəslə öyrənməyə, araşdırmağa, bir-biriləri ilə xoş ünsiyyət qurmağa və ən başlıcası birlikdə sevinc hissləri yaşamağa həsr edəcəklər. Fərqli ailələrdən, bölgələrdən gələn övladlarımız birlikdə tariximiz və mədəniyyətimizlə daha yaxından tanış olacaq, müxtəlif yarışmalarda iştirak edəcək, görməli yerlərə səyahət edəcək və ən başlıcası vacib bacarıqlarının inkişafına köklənəcəklər. Düşərgə dövründə övladlarımızı ölkəmizin parlaq ziyalıları və incəsənət xadimləri ilə görüşlər, tonqal ətrafında səmimi söhbətlər, konsertlər, müxtəlif idman yarışmaları kimi maraqlı məcəralar gözləyir.

Qaliblər Düşərgəsi 2021…

Sağlam yerdir – bütün iştirakçılar COVİD-19 testindən keçəcək, sağlamlığın mühafizəsi üçün bütün protokollara riayət olunacaqdır.
Təhlükəsiz məkandır – düşərgənin ərazisi 24 saat təhlükəsizlik əməkdaşlarımız tərəfindən nəzarət olunacaqdır.
Təmiz yerdir – yataqlar və iştirakçıların geyimləri həftədə iki dəfə kimyəvi təmizləməyə göndəriləcək, təmizlik işçiləri gün ərzində düşərgədə olacaqlar.
Tibbi xidmət əlçatandır – tibbi personal və psixoloq düşərgə dövründə 24 saat övladlarımızın xidmətində olacaqlar.
Sağlam qidalanma prioritetdir – .ştirakçılarımız gün ərzində 3 dəfə ləzzətli və keyfiyyətli yeməklərlə qidalanacaqlar.

Bu məkan…

Sevincin…
      Marağın…
            Öyrənmənin…
                  Yeni dostluqların…
                        Xoş xatirələrin…
birlikdə yaşanacağı yer olacaqdır.

Əsas məqsədimiz

Bizim çox sadə məqsədimiz var – övladlarımıza daha yaxşısını bəxş etməyə töhfə vermək. Bu düşərgədə iştirakçılarımızda özünə inam, həmrəylik və optimizm hisslərinin gücləndirilməsinə çalışacağıq. Düşərgə onlarda möhkəm dostluqlar qurmaq, ömür boyu yadda qalacaq xoş xatirələr yaratmaq, daha müstəqil, inamlı və həvəsli olmaq imkanı verəcəkdir. Ən başlıcası isə düşərgə qəhrəman şəhidlərimizin övladlarına cəmiyyət olaraq daim onların yanında olduğumuzu hiss etdirəcəkdir.

Növbəti addımlarımız

Bu övladlarımıza dəstək olmaq, onların yanında yer almaq cəmiyyətimizin bütün fərdləri üçün mənəvi borcdur

Düşərgə bizim ilk addımlarımızdandır və birgə səylərimizlə bu övladlarımız üçün daha yaxşısını edə biləcəyimizin gözəl nümunəsidir. Hesab edirik ki, məhz bu övladlarımıza dəstək olmaq, onların yanında yer almaq cəmiyyətimizin bütün fərdləri üçün mənəvi borcdur.

 

 

Son İanəçilər

Vusal Mammadov

08/05/2021

İanə Məbləği
$60.00

Elxan Muradov

07/28/2021

İanə Məbləği
$100.00

Anonim

07/16/2021

İanə Məbləği
$2,000.00

Vugar Allahverdiyev

07/12/2021

İanə Məbləği
$50.00