Koqnitiv İşlənmə Terapiyası” kitabının Azərbaycan dilinə tərcüməsi BP Azərbaycanın dəstəyi ilə uğurla tamamlanmış və yüksək elmi standartlara uyğun şəkildə peşəkar redaktədən keçirilmişdir. Tərcümə olunmuş nəşr psixologiya ixtisası üzrə təhsil alan tələbələrə, PTSP üzrə lisenziyaya malik psixoloqlara və müxtəlif psixologiya mərkəzlərinə metodiki vəsait kimi təqdim edilərək ölkədə psixoloji müdaxilə sahəsində bilik bazasının gücləndirilməsinə mühüm töhfə vermişdir.
Bu resurs müasir, elmi əsaslı terapiya üsullarının daha geniş auditoriyaya çatdırılmasına imkan verərək psixoloji müdaxilələrin keyfiyyətinin yüksəldilməsinə mühüm dəstək olmuşdur. Beləliklə, “Koqnitiv İşlənmə Terapiyası” kitabı ölkədə psixoloji reabilitasiya sahəsində elmi biliklərin cəmiyyətlə paylaşılmasını təmin edən, praktik mütəxəssislərin peşəkar inkişafını dəstəkləyən və psixoloji xidmətlərin ümumi səviyyəsinin yüksəlməsinə xidmət edən dəyərli elmimetodiki resurs kimi ön plana çıxır.




