Müraciətlər dayandırılıb

Müsabiqənin məqsədi Azəbaycanda həssas ehtiyac qruplarına təsirli, dayanıqlı və miqyaslana bilən dəstəyin göstərilməsinə, bu əhali qrupu üçün gələcəyə yönəlik sosial layihələrin həyata keçirilməsinin təşviq edilməsinə, “For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının fəaliyyət siyasətini dəstəkləyən xeyriyyəçilik ənənələrinin genişləndirilməsinə, həmçinin Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə iştirakçılarına istiqamətlənmiş sosial xidmətlərin keyfiyyətinin artırılmasına və bunula da ölkədə yeni peşəkar bacarıqların, sosial iş yanaşmalarının təqdim edilməsinə və sınaqdan keçirilməsinə yönəlmiş layihələri dəstəkləmək, habelə bu məsələlərin icrası proseslərində yaxından iştirak etmək istəyən hüquqi şəxslərin və Qeyri-Hökumət Təşkilatlarının (QHT) layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır.

Müsabiqədə iştirak

Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslər və QHT-lər iştirak edə bilərlər.

Qrant məbləğlərinin yuxarı həddi və icra müddəti:

Müsabiqə üzrə ayrılmış qrant məbləği hər layihə üçün 10.000- 25.000 $ ( ABŞ dolları)- nı əhatə edir. Layihənin icra müddəti 3 aydan az, 9 aydan çox olmamalı və icrası 2024-cü il ərzində həyata keçirilməlidir.

Qrant müsabiqəsi aşağıdakı kateqoriyalar üzrə sahələri əhatə edir :

  1. Həssas qruplarla (şəhid ailələri, müharibə qaziləri, müharibə iştirakçıları, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, əlilliyi olan şəxslər, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar) sosial iş, sosial-psixoloji inkişaf.
  2. Gender quruculuğu- qızların təhsilə cəlb edilməsi (və ya təhsilinə dəstək).
  3. Aztəminatlı əhalinin sosial rifahının yüksəldilməsi.
  4. Postmüharibə dövründə sosial-psixoloji dəstək xidmətlərinin təşkili.
  5. Yeni bacarıqların (gələcəyə yönəlik məşğulluq) öyrədilməsi.
  6. Aztəminatlı ailələr üçün kiçik biznesin yaradılması.
  7. Cəmiyyətə inteqrasiya.

Layihələrin təqdim olunmasına dair əsas meyarlar:

  1. Təqdim olunan layihələr mütləq şəkildə gələcəyə yönəlik prinsipini qorumalıdır.
  2. Birdəfəlik yardımlar və ya qısamüddətli fəaliyyətləri əks etdirilməməlidir.
  3. Problemin qoyuluşu və layihə məqsədi aydın şəkildə qeyd olunmalıdır.
  4. Layihənin icra müddətinin əsaslandırılması və davamlılığı göstərilməlidir.
  5. Layihənin büdcəsi qrant məbləğinə uyğun olmalıdır.
  6. Müsabiqə iştirakçlarının müvafiq layihə mövzusuna uyğun azı 1 (bir) illik təcrübəsi vacibdir.
  7. Layihə üzrə risklərin təhlili bildirilməlidir.
  8. Layihə üzrə benefisiarlar düzgün müəyyən edilməlidir.
  9. Layihənin icrası zamanı müvafiq tərəfdaşlarla və media ilə əməkdaşlıq vacibdir.
  10. Hüquqi şəxslərin və ya QHT-nin təqdim etdiyi layihə mövzusu təşkilatın nizamnamə məqsədlərinə uyğun olmalıdır.
  11. Layihədən gözlənilən nəticələr göstərilməlidir.

Qrant müsabiqəsi üçün tələb olunan sənədlər:

  1. Layihənin icmalı və icra planı.
  2. Layihənin maliyyə planı və büdcə əsaslandırılması.
  3. QHT-nin nizamnaməsinin, qeydiyyat şəhadətnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surətləri.
  4. QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti.
  5. QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti.
  6. Qrant məbləğinin köçürüləcəyi QHT-nin bank hesabı barədə məlumatlar.

Layihə təkliflərinin qəbulu üçün son tarix:

Layihə təklifləri üçün son müraciət tarixi 18 mart 2024-cü il, saat 18:00-dir. Qaliblər 10 Apel 2024-cü ildə forazerbaijan.org portalında elan olunacaq.

Layihələrin təqdim edilməsi üçün müraciət:

Layihə təklifləri əlavə olunan forma üzrə (Əlavə1) “For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının layihə koordinatorunun elektron poçt ünvanı ([email protected]) vasitəsilə təqdim olunmalıdır.


Əlavə 1

Layihənin İcmalı (Qısa Təsviri)

Layihə hər iki tərəfin öhdəlik götürdüyü iki qurumun birgə layihəsidir. Layihənin son nəticələri Benefisiar sahəyə məxsusdur. Layihənin bütün komponentləri ardıcıl və rabitəli olmalı və həmçinin Benefisiarın cavabdehlik daşıdığı əsas islahat proqramlarının icrası ilə tamlıq təşkil etməlidir. Layihənin mövzusu Tərəfdaşlıq və Əməkdaşlıq Müqaviləsi, Fəaliyyət Planı və digər strateji sənədlərdə irəli sürülən prioritet məsələlərə uyğun olmalıdır.

Layihə öz töhfələri ilə yanaşı (təyin edilən uzunmüddətli ekspertlər, qısamüddətli ekspertlər, təlim seminarları, maarifləndirici tədbirlər) inzibati imkanlardan irəli gələn xüsusi meyarları özündə əks etdirən və hər iki tərəfin birlikdə müəyyən etdiyi məqsədlərə – mütləq nəticələrə çatmağı nəzərdə tutur. Layihənin icrası müddətində mütləq nəticələr əldə edilməlidir.

  1. Layihənin adı.
  2. Əsas Benefisiar.
  3. Layihənin əsaslandırılması (Problemin qoyuluşu).
  4. Layihənin məqsədi.
  5. Fəaliyyət və ya icra planı.
  6. Büdcə əsaslandırılması.
  7. Gözlənilən nəticələr.

 

Qaydaları endir