İmprotex Motors şirkəti “For Azerbaijan” Xeyriyyə Təşkilatının həyata keçirdiyi Azərbaycanda Psixoloji Reabilitasiya İmkanlarının Artırılmas (APRİA) layihəsi çərçivəsində tərəfdaş olaraq iştirak edib. Layihənin əsas seqmentlərindən olan “PTSP hallarında Yazılı Ekspozisiya Terapiyası” kitabının çap etdirilməsi İmprotex Motors tərəfindən həyata keçirilib.