“For Azerbaijan“ Xeyriyyə təşkilatı “Azərbaycanda psixoloji reabilitasiya imkanlarının artırılması” (APRİA) layihəsi çərçivəsində ikinci müalicə növünün təlim proqramına start verib. Qeyd edək ki, ötən ilin oktyabrında posttravmatik stres pozuntusu diaqnozlu xəstələr üçün ən səmərəli iki müalicə üsullarından biri Koqnitiv işlənmə terapiyası üzrə 24 psixoloq üçün təlimlər təşkil olunub.Bu dəfə isə ikinci müalicə üsulu sayılan Yazılı Ekspozisiya Terapiyası üzrə təlim proqramları təşkil edilib. 17 klinik psixoloq iki gün ərzində ABŞ-ın Müharibə Veteranlarının İşləri Departamentinin mütəxəssisləri Brayn P. Marks və Denise M.Sloan tərəfindən hibrid şəkildə təşkil olunan təlimlərdə iştirak edəcəklər. Təlimlərin sonunda test olunacaq iştirakçılara praktik təcrübə və müalicə kursları üçün növbəti mərhələyə – superviziyalara başlayacaqlar.








