For Azerbaijan iri xeyiriyyə konsertinə dəstək verdi – VİDEO

22-23 may tarixlərində Azərbaycandan kənarda yaşayan görkəmli elm və incəsənət xadimlərinin dəstəyi ilə Qarabağ müharibəsi qurbanlarının ailə üzvlərinə, o cümlədən müharibədən zərər çəkmiş uşaqlara dəstək məqsədilə xeyriyyə konserti təşkil edilmişdir.

Konsertin təşkilatçısı olan For Karabakh cəmiyyəti, müxtəlif sosial təşəbbüslər, o cümlədən, bədii proqramlar, birbaşa ianələrlə vasitəsi ilə Qarabağda daimi sülh və əmin-amanlığın qorunmasını, maddi və mənəvi irsimizin yaşadılmasına dəstək verən və xaricdə yaşayan Azərbaycanlı elm və incəsənət xadimlərinin və ölkəmizin dostlarının təşəbbüsü ilə qurulmuşdur.

Cəmiyyət 44 günlük Qarabağ müharibəsindən ən çox təsirlənənlərə yardım üçün ianələr toplamağı hədəfləyən qlobal bir xeyriyyə konsertinin keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir.

Bu nəcib təşəbbüs yeni qurulmasına baxmayaraq, xaricdə yaşayan azərbaycanlilar arasında nüfuza, geniş şəbəkəyə, müasir texniki infrastruktur imkanlara malik və ölkəmizdə Yaşat Fondu, ReadHearts, Miqrasiya Könüllüləri ilə sıx əməkdaşlıq edən For Azerbaijan (www.forazerbaijan.org) təşkilatı tərəfindən də dəstəklənmişdir.

For Azerbaijan təşkilatı dünyanın qabaqcıl universitetlərində təhsil almış, bir çox aparıcı texnologiya və maliyyə şirkətlərində, beynəlxalq inkişaf təşkilatlarında və digər sahələrdə uğurlu karyera qurmuş 50-yə yaxın peşəkar azərbaycanlının birgə təşəbbüsü ilə ərsəyə gəlib.

Beləliklə, birgə fəaliyyət nəticəsində möhtəşəm bir xeyriyyə konserti dünya ictimayyətinə təqdim olundu. On minlərlə insanların izlədiyi ovsunlayıcı şou heç kimi özünə laqeyd saxlamadı və gözləniləndən də çox xeyriyyə iyanələri toplandı.

For Azerbaijan xeyriyyə təşkilatının qurucu üzvlərindən biri və rəhbəri olan Samir Süleymanov açıqlamasında tədbirdən məmmunluğunu ifadə edərək, təşəbbüsün ortaya gəlməsində ForKarabakh təşkilatının qurucu üzvlərinə, konsertdə iştirak edən dəyərli incəsənət xadimlərinə və bütün izləyicilərə səmimi təşəkkürünü bildirdi.

“For Karabakh, For Azerbaijan, USAN və başqa təskilatlar səylərini birləşdirib ortaya gözəl bir layihə qoydular. Bu ənənəni və xeyiriyyə təşkilatları arasında genişlənən əməkdaşlığı daha da möhkəmləndirməliyik” – deyə o, bildirdi.

İanə etmək istəyənlər aşagıdakı keçiddən istifadə edə bilərlər

https://forazerbaijan.org/az/pfk/