For Azerbaijan” Xeyriyyə təşkilatının Paşa Sığorta ilə birgə həyata keçirdiyi “Azərbaycanda Psixoloji Reabilitasiya İmkanlarının Artırılması” (APRİA) layihəsi çərçivəsində daha bir uğura imza atılıb.

Post Travmatik Stres Pozuntusu barədə ətraflı məlumatları özündə ehtiva edən, həmçinin APRİA layihəsinə qatılmış yerli psixoloqların icma platformasını təşkil edən PTSP.AZ  saytının təqdimatı həyata keçirilib. Tədbirdə Layihə iştirakçıları və təlimləri uğurla başa vurmuş beynəlxalq sertifikatlı psixoloqlarımız iştirak ediblər.

For Azerbaijan” -nın proqramlar üzrə direktoru Elnur Kələntərov iştirakçılara sayt barədə ətraflı məlumat verib.

İlk dəfə olaraq Azərbaycanda istifadəçilər üçün psixologiya sahəsində informativ və məlumatlandırıcı portal olan PTSP.az-da psixoloqlarla interaktiv və birbaşa əlaqə saxlamaq imkanları da yaradılıb.

Portalda PTSP-dən əziyyət çəkən insanları düzgün məlumatlandırmaq və istiqamətləndirməklə yanaşı, həm də bu xəstəliyin müalicəsində dünyada geniş tətbiq olunan Koqnitiv İşlənmə Terapiyası və Yazılı Ekspozisiya Terapiyası üsulları barədə geniş informasiyalar yer alıb. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Psixologiya sahəsində informativ sayt istifadəyə verilib (apa.az)