Dentons Europe Foundation-un ianəsi sayəsində 2023-cü ildə “Təhsil və peşə təlimi vasitəsilə həssas qruplara mənsub gənclərin gücləndirilməsi” proqramı həyata keçirildi. Proqramın məqsədi şəhid uşaqları və aztəminatlı ailələrdə olan gənclərə həyat bacarıqları, maliyyə savadlılığı, ünsiyyət, problemlərini həll etmə və qərar qəbul etmə bacarıqlarını aşılamaq, və terapiya da daxil olmaqla psixi sağlamlıq xidmətlərinə çıxışı imkanı yaratmaq idi.
Azərbaycanda Psixologiya Sahəsində “PTSP hallarında Koqnitiv İşlənmə Terapiyası”
Koqnitiv İşlənmə Terapiyası” kitabının Azərbaycan dilinə tərcüməsi BP Azərbaycanın dəstəyi ilə uğurla tamamlanmış və yüksək elmi standartlara uyğun şəkildə peşəkar redaktədən keçirilmişdir.





