Bu il ənənəvi xeyriyyə qaçışı “Qürurla irəli” şüarı altında keçirilmiş və Vətən müharibəsində qazanılmış Zəfəri qeyd etməklə yanaşı, cəmiyyətdə həmrəylik və birlik ruhunu gücləndirməyi hədəfləmişdir. Qaçışdan əldə olunan vəsait “YAŞAT” Fonduna ianə edilərək qazilərə və şəhid ailələrinə dəstək göstərilməsinə yönəldilmişdir.

Tədbir Gənclər və İdman Nazirliyi, Smartscoring və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir. “For Azerbaijan” komandası olaraq biz də bu mənalı təşəbbüsə fəxrlə qoşulmuşuq. Komandamızın beş psixoloqu “Qələbə qaçışı”nda fəal iştirak edərək sağlam həyat tərzinin təşviqi və sosial məsuliyyətin artırılması məqsədilə tədbirdə könüllü şəkildə iştirak etmişdir.