ForAzerbaijan (FA) 2020-ci ilin sonunda vətənimizdən kənarda yaşayan soydaşlarımızın ölkəmizdə ehtiyacı olan şəxslərə yardım etmələri üçün lazımi infrastrukturu qurmaq məqsədilə yaradılıb. ForAzerbaijan-ın qurucu üzvləri təşkilatın məqsədlərini üç pillə üzrə müəyyən etmişlər:
- Bərpanın dəstəklənməsi: silahlı münaqişədən əziyyət çəkmiş ailələrə aldıqları travmaları aradan qaldırmağa kömək göstərilməsi;
- Zəruri ehtiyacların ödənilməsi: hədəf qrupuna aid ailələrin zəruri istehlak ehtiyaclarının ödənilməsi;
- İşıqlı gələcəyə doğru: hədəf qrupuna aid ailələrin istedadlı övladlarının inkişafının dəstəklənməsi.
Fəaliyyətinin ilk dövründən etibarən mümkün qədər ən vacib istiqamətlərə fokuslaşmaq üçün ForAzerbaijan qeyd edilmiş 3 pillə üzrə 3 pilot layihəyəni realladırmağa başladı. Bu layihələrin hamısı 44 günlük müharibə zamanı döyüşlərdə şəhid olmuş əsgər ailələrini, qaziləri və COVID-19 pandemiyasından ağır təsirlənən ailələri hədəf almışdır. Bu layihənin reallaşdırılması yeni qurulmuş təşkilatımızın əməliyyat imkanlarını da möhkəmlədirilməsinə əhəmiyyətli töhfə vermiş oldu.
Psixoloji dəstək və reabilitasiya
Təşkilatımızdakı peşəkarların qiymətləndirməsinə görə hədəf qrupumuza daxil olan ailələrin psixoloji dəsək və reabilitasiya xidmətlərinin göstərilməsi daha mühüm prioritetdir.
Bu prioriteti reallaşdırmaq üçün FA peşəkar psixoloqlar və psixiatrlardan ibarət bir qrup formalaşdırdı. Peşəkar psixiloqlar qrupu travma sonrası psixoloji natarazlıq (TSPN) riskini azaltmaq və silahlı qarşıdurmadan əhəmiyyətli təsirlənənlərin insanların psixo-emosional vəziyyətini sabitləşdirmək məqsədi ilə müalicə planları, kurslar və iş materialları hazırladı. Bundan əlavə, ForAzerbaijan, pasientlərin psixoloji müayinəsi və müalicəsi təmin edəcək Modern Hospital və Nefes Psixonevroloji Sağlamlıq Mərkəzi ilə əməkdaşlığa başladı.
Qiymətləndirməmizə görə bu pilot layihə bir il davam edəcək və 50 ailəni əhatə edəcəkdir. İlkin olaraq layihə üçün FA tərəfindən 10 000 ABŞ dolları ayrılmışdır. Layihənin uğurla tam şəkildə reallaşdırılacağına ümid edirik və buradan qazanacağımız müsbət təcrübə əsasında bu istiqamət üzrə fəaliyyətimizi uzun-müddətli dövrdə davam etdirməyi planlayırıq.
Həyat şəraitinin yaxşılaşdırılması və zəruri ehtiyacların ödənilməsi
ForAzerbaijan şəhid və qazi ailələrinin gündəlik ehtiyaclarının ödənilməsinə və həyat şəraitinin yaxşılaşdırılmasına öz töhfəsini verməyi hədəfləyir. COVID-19 pandemiyasından ciddi zərər çəkmiş ailələrə də diqqətin göstərilməsi FA-nın planlarına daxildir.
Bu məqsədlə artıq 12 ailəyə 6 ay ərzində 300 manat birbaşa nağd ödənişləri edilməsi və ehtiyac olan ailələrə isti su və istilik sistemləri (kombi) quraşdıraraq həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş pilot layihəyə reallaşdırılmışdır. Bu pilot layihə üçün ümumilikdə 7656 ABŞ dolları ayrılmışdır.
2021-ci ilin mart ayında Azərbaycanda yaşayan rəssam Həmidə Babayevə tərəfindən bir neçə qeyri-kommersiya təşkilatının dəstəyi ilə 20 şəhidlərimizin yağlı boya ilə çəkilmiş portretləri ailələrinə hədiyyə edildi. FA bu nəcib aksiyaya dəstək vermək məqsədi ilə həmin ailələrin hər birinə birdəfəlik 100 manatlıq bank ərzaq kartları təqdim etdi. Bu aksiyada Dövlət Miqrasiya Könüllüləri şəhid ailələrinin və onların maddi ehtiyaclarının müəyyənləşdirilməsində və yoxlanılmasında əvəzsiz dəstək oldu.
Nəhayət, ölkənin müxtəlif yerlərində yaşayan və COVİD-19 pandemiyasıdan əziyyət çəkmiş 149 ailəyə bir aylıq ərzaq tədarükü FA tərəfindən təmin edildi. Könüllülərimiz ölkənin müxtəlif bölgələrində ərzaq zənbilinin alınmasını və ünvanlara çatdırılmasını təmin etdilər. Ümumilikdə bu layihə üçün 5 600 ABŞ dolları xərclənmişdir. Bu layihənin baş tutmasında Qırmızı Ürəklər təşkilatının (Red Hearts) könüllülərinin əvəzsiz töhfəsi olmuşdur.
Aldığımız çoxsaylı müsbət rəylərə əsasən əminliklə qeyd edə bilərik ki, layihə uğurla reallaşır. Maddi yardım və ərzaq bank kartları alan ailələr zəruri maddi ehtiyaclarını müəyyən səviyyədə ödəyə bilmişlər. Həmin ailələr minnətdarlıq hissləri ilə ailə üzvləri, dostları ilə birlikdə şəkillərini bizimlə bölüşmüşlər. Aylıq ərzaq zənbili və evləri isti su və istilik sistemi ilə təchiz olunan ailələrdən biri bizə bu ismarıcı göndərmişdir:
“Oğlum nəhayət ki, soyuq qış gecələrində dərsləri ilə rahat məşğul ola biləcəkdir. Arzu edirəm ki, gələcəkdə kollecə daxil olmaq arzusu yerinə yetsin.”
FA tərəfindən yardım almış ailələrin yaşayış şəraitində qismən də olsa yaxşılaşmanı müşahidə etmək bizə bəxş etdiyi ilhamla bu istiqamətdə fəaliyyətimizi davam etdirmək əzmindəyik.
İşıqlı gələcəyə doğru: təhsil əsas hədəfdir
Ölkəmizin işıqlı gələcəyinə töhfə verməyimiz üçün ən vacib istiqamətlrədən biri də övladlarımızın hərtərəfli inkişafını təmin etməkdir. Keyfiyyətli təhsil övladlarımızın gələcəkdə şəxsi rifahını təmin etmələri və ailələrini dəstəkləmək üçün mühüm şərtlərdən biridir. Bu baxımdan biz hədəf qrupumuza daxil olan ailələrdə yetişən övladların təhsilinin inkişafına dəstək verməyi qərarlaşdırmışıq.
ForAzerbaijan qazi və şəhid övladlarına onlayn qaydada İngilis və Rus dillərini, o cümlədən kodlaşdırma,və riyaziyyat fənnlərini tədris etmək üçün İngiltərədə yerləşən Natavan Kursları ilə əməkdaşlığa başlamışdır. Biz bu kurzlara aşağı gəlirli ailələrin övladlarını da daxil etmişik. FA tərəfindən bu istiqamətdə dəstək almış şagirdin valideyni yazır:
“Mən şəxsən kimə təşəkkür edəcəyimi bilmirəm, amma övladıma təhsilini davam etdirmək üçün bu şəraiti quran hər bir kəsə minnətdarlığımı bildirirəm”
Ölkəmizin ən böyük mobil operator şirkəti olan Azercell də bu təşəbbüsə qoşularaq onlayn dərslərdən daha rahat faydalanmaları üçün 100-ə yaxın şagirdə internet paketi hədiyyə etmişdir. ForAzerbaijan bu layihənin davam etməsi üçün bundan sonra da logistik və layihə idarəetmə dəstəyini əsirgəməyəcəkdir.
Yeniyetmə şagirdlərlə təhsil layihələrinin uğurla davam etməsi, ailələrdən alınmış çoxsaylı müsbət rəylər bizləri daha da ruhlandırmış və ForAzerbaijan olaraq 2021-ci ilin iyulunda Yay Düşərgəsi təşkil etməyə qərar vermişik. İki həftəlik Yay Düşərgəsində Bakı və regionlarda yaşayan şəhid və qazi ailələrindən 12-15 yaşında 80-ə yaxın qızlar və oğlanlar iştirak edəcəklər. Düşərgədə keçirilən vaxt ərzində övladlarımızın emosional, mədəni və təhsillərinin inkişafı diqqət mərkəzində saxlanılacaq, həmin müddət ərzində öz aralarında dostluqların möhkəmləndirilməsinə çalışılacaqdır. İki həftə ərzində gündəlik dəsrlərlə yanaşı muzeylərə, şəhərin görməli guşələrinə turlar təşkil ediləcək, cəmiyyətimizdə tanınmış mədəniyyət xadimləri ilə düşərgədə görüşlər təşkil ediləcəkdir.
Yay düşərgəsi də daxil olmaqla sadalanan təşəbbüslərə dəstək olmaq üçün ForAzerbaijan-a buradan ianələrinizi yönəldə bilərsiniz. Bu link vasitəsi ilə bizim təşəbbüslərdə könüllü olaraq çalışmaq üçün bizə müraciət edə bilərsiniz.