For Azerbaijan psixoloji dəstək və rehabilitasiya xidmətlərinin göstərilməsini üç əsas fəaliyyət istiqamətindən biri kimi müəyyən etmişdir. Təəssüf ki, psixoloji travmalar təsirlərini fiziki travmalarla müqayisədə gecikmə ilə biruzə verir, bir sıra hallarda isə bu təsirlər uzun müddət gizli qalır. Lakin, vaxtında müalicə olunmazsa çox daha ağır nəticələrə gətirib çıxara bilir.

Xüsusilə Vətən Müharibəsi sonrası bir çox qazilərimizin, o cümlədən şəhid və qazi ailəsi üzvlərinin bu kimi xidmətlərə ehtiyacı ola biləcəyini düşünərək For Azerbaijan peşəkar psixoloq və psixiatrlardan ibarət komanda formalaşdırmışdır. Bu əsasda, özəl xəstəxana olan Modern HospitalNəfəs Psixonevroloji Sağlamlıq Mərkəzi ilə müraciət edən şəxslərin qiymətləndirilməsi üzrə əməkdaşlığa başlamışıq. Pilot layihənin bir ilə qədər dövrdə həyata keçirilməsi və 50-yə qədər ailəni əhatə etməsi gözlənilir. Bununla əlaqədar, Modern Hospital pilot layihə çərçivəsində müvafiq xidmətlərin göstərilməsi üçün dəyəri 10000 ABŞ dolları məbləğində müqavilə imzalanmışdır. Pilot layihənin gedişatından asılı olaraq, müqavilənin daha 5000 ABŞ dolları məbləöində uzaıdlması imkanı da mövcuddur. Pilot layihə uğurlu olarsa, layihədən öyrənəcəyimiz dərslər də nəzərə alınmaqla bu layihəni genişləndirməyi və uzun müddətli əsasda davam etdirməyi planlayırıq.

Bu layihənin əsas maliyyə mənbəyi azərbaycanlı sənətkatlar, musiqiçilər, yazıçılar, şairlər və Azərbaycanın dostları tərəfindən təşkil edilmiş Qarabağa Sülh, Ümid və Sevgi konserti çərçivəsində toplanmış vəsaitlərdir.

 

Psixoloji travmaya məruz qalmış qazilərimiz, onların və şəhidlərimizin ailələrinə bu istiqamətdə dəstək ola bildiyimiz üçün çox sevinirəm, çünki onların əksəriyyəti yaşadıqları ağır vəziyyətdən xəbərdar deyillər.

Müqaviləyə əsasən, hər bir müraciət etmiş potensial pasient həkim, psixoloq və psixiatrlardan ibarət peşəkar komanda (Konsilium) tərəfindən müayinə olunur və müvafiq diaqnoz müəyyənləşdirilir. Nəfəs klinikasının həkimlərindən biri, “Psixoloji travmaya məruz qalmış qazilərimiz, onların və şəhidlərimizin ailələrinə bu istiqamətdə dəstək ola bildiyimiz üçün çox sevinirəm, çünki əksəriyyəti yaşadıqları ağır vəziyyətdən xəbərdar deyillər” deyə qeyd etmişdir. İki iyul tarixinə, müharibədən birbaşa və ya dolayı olaraq təsirlənmiş 37 şəxs müəyinə olunmuş, onlarda 25-nin uzun müddətli müalicəyə ehtiyacı olduğu müəyyənləşdirilmişdir. Digər 12 nəfərin isə mütəmadi müayinələr xaricində əsaslı müalicəyə ehtiyacı olmadığı müəyyən edilmişdir. Bu layihə üzrə tərəfdaşlarımız, ilkin qiymətləndirməni təmənnasız həyata keçirirlər. Diaqnozu müəyyən edilən 25 vətəndaşımızın bütün müalicə xərcləri isə For Azerbaijan tərəfindən qarşılanacaqdır. Layihənin gedişatına dair məlumat mütəmadi olaraq təqdim ediləcəkdir.