Azərbaycanda Psixoloji Reabilitasiya İmkanlarının Artırılması (APRİA) layihəsinə cəlb olunmuş psixoloqlarımız üçün növbəti “Self Care” – özünə qayğı təlimləri təşkil olunub. APRİA layihəsi çərçivəsində Koqnitiv işlənmə terapiyası üzrə 24 psixoloq, Yazılı Ekspozisiya Terapiyası üzrə 17 klinik psixoloq layihəyə cəlb edilib. Özünə qayğı planına stressi idarə etmək, psixi sağlamlıq, fiziki sağlamlıq, şəxsi inkişaf və tarazlığı qorumaq üçün strategiyalar daxildir.