Təhsil sahəsində həyata keçirdiyimiz təşəbbüslər nəticəsində Azərbaycanın müxtəlif bölgələrindən olan və ya Türkiyədə təhsil alan ümumilikdə 57 gənc qızın təhsil yolculuğuna dəstək göstərmişik. Bu dəstək yalnız onların akademik nailiyyətlərini artırmaqla kifayətlənməyərək, həm də qızların öz potensiallarını reallaşdırmasına şərait yaratmış, onları əmək bazarında daha rəqabətqabiliyyətli etmiş, liderlik, təşəbbüskarlıq və sosial fəallıq kimi bacarıqlarını gücləndirmişdir. ‘’For Azerbaijan’’ təşkilatı “Şəhla Qarayeva” Təqaüd Proqramı ilə əməkdaşlıq edərək qızların ali təhsil imkanlarını genişləndirməyə davam edir. Hər il gənc qızların ali təhsil alması üçün yaradılan təqaüd proqramı yüzlərlə ailənin həyatında dönüş nöqtəsinə çevrilmişdir.

Bu təqaüdlər sayəsində bir çox gənc qız:

– rayon və kənd məktəblərində müəllim kimi fəaliyyətə başlayaraq öz icmalarında yeni nəsillərin savadlanmasına töhfə verir.

– öz şəxsi tədris kurslarını quraraq həm iqtisadi müstəqillik qazanmış, həm də digər qızlara öyrənmək üçün yeni imkanlar yaratmışdır.

– digərləri isə daha yüksək təhsil almaq şansı əldə edərək elmi və peşəkar inkişaf yolunda irəliləməkdədir.